AZ

Azərbaycan Türkiyə Superkubokuna ev sahibliyi etmək istəyir

Azərbaycan Türkiyə Superkubokuna ev sahibliyi etmək istəyir.

Yenisabah.az “Fotospor”a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan, lakin bəzi məhdudiyyətlər səbəbindən təxirə salınan qarşılaşma üçün Azərbaycan tərəfi Türkiyə Futbol Federasiyasına (TFF) məktub göndərib.

Həm TFF, həm də Superkubokun iştirakçıları olan “Galatasaray” və “Fenerbahçe” klubları yaxın günlərdə təklifə cavab verəcəklər.

Hazırda qarşılaşmanın Samsun və ya Ankarada keçirilmə ehtimalı var. 

2023-cü il dekabrın 29-da keçirilməli olan Türkiyə Superkuboku Səudiyyə Ərəbistanının bir neçə tələb irəli sürməsi səbəbindən təxirə salınmışdı.


Telegram kanalımız
Seçilən
138
16
yenisabah.az

10Mənbələr