AZ

Türkiyə Superkuboku Azərbaycanda keçirilə bilər

Azərbaycan Türkiyə Superkubokuna ev sahibliyi etmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Fotospor” nəşri məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan, lakin bəzi məhdudiyyətlər səbəbindən təxirə salınan qarşılaşma üçün Azərbaycan tərəfi Türkiyə Futbol Federasiyasına (TFF) məktub göndərib.

Həm TFF, həm də Superkubokun iştirakçıları olan “Qalatasaray” və “Fənərbağça” klubları yaxın günlərdə təklifə cavab verəcəklər. Hazırda qarşılaşmanın Samsun və ya Ankarada keçirilmə ehtimalı daha yüksək qiymətləndirilir.

Qeyd edək ki, 2023-cü il dekabrın 29-da keçirilməli olan Türkiyə Superkuboku Səudiyyə Ərəbistanının bir neçə tələb irəli sürməsi səbəbindən təxirə salınmışdı.


Müəllif: Teleqraf.com
Seçilən
132
16
teleqraf.com

10Mənbələr