AZ

Gürcüstanla sərhədi pozmağa cəhd göstərən Pakistan vətəndaşı saxlanılıb

Gürcüstanla

Bakı, 9 yanvar, AZƏRTAC

Yanvarın 8-də saat 15:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan İslam Respublikası vətəndaşı, 1999-cu il təvəllüdlü Süleyman Javed Masıh saxlanılıb.

Xidmətin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

 

Seçilən
497
10
azertag.az

10Mənbələr