AZ

Kermandakı partlayışı planlaşdıran əsas şəxs ölkəni tərk edib - FOTO

İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) bəyanat yayaraq, Kermandakı ölümcül partlayışların əsas dəstəkçisi və səbəbkarın İranı tərk edən tacikistanəsilli Abdullah Taciki ləqəbli şəxs olduğunu iddia edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

ETTELAAT-ın iddiasına görə, həmin Tacikistan vətəndaşı dekabrın 19-da bir qadın və uşaqla sığınacaq axtarmaq üçün Kerman şəhərinə qanunsuz daxil olub və burada kirayə ev tutub.

Qeyd olunub ki, o, Kermandakı terror aktından iki gün öncə çox sayda partlayıcı və elektron vasitəni birləşdirib, bomba hazırladıqdan sonra İranı tərk edib.

Seçilən
336
41
oxu.az

10Mənbələr