AZ

Türkiyə və Belarus siyasi dialoqu davam etdirəcək

Belarus və Türkiyə siyasi dialoqu inkişaf etdirməyə qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər.

 

Modern.az xəbər verir ki, BELTA-ya Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə xarici işlər naziri Sergey Aleynik ilə Türkiyənin Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Özcan arasında diplomatik fəaliyyətinin başa çatması münasibətilə keçirilən görüşdə bildirilib.

 

“Görüş zamanı ikitərəfli gündəliyin cari məsələləri müzakirə edilib, həmsöhbətlər siyasi dialoqu inkişaf etdirməyə qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər, ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamikasını qeyd ediblər, ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün gələcək addımları müəyyən ediblər. ”, - Xarici İşlər Nazirliyindən bildirilib.

 

Nazir Belarus-Türkiyə münasibətlərinin möhkəmlənməsinə verdiyi şəxsi töhfəyə, siyasi əlaqələrin fəallaşdırılması və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi səylərinə görə səfirə təşəkkür edib.

Seçilən
269
48
modern.az

10Mənbələr