AZ

Ukrayna ilə Fransa arasında birgə dron istehsalı müzakirə edilib

Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 13-də Kiyevdə səfərdə olan Fransanın yeni xarici işlər naziri Stefan Sejurne ilə görüşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin teleqram səhifəsi məlumat yayıb.

Bildirilib ki, Sejourne ilə Ukraynanın müdafiə ehtiyacları müzakirə edilib. Müzakirə edilən mövzular arasında dronların birgə istehsalı, artilleriya istehsalı, hava hücumundan müdafiənin daha da gücləndirilməsi məsələləri də yer alıb.

Görüş zamanı Zelenski, həmçinin Fransa Xarici İşlər Nazirliyinin yeni rəhbərini “Sülh Formulası”nda görülən işlər barədə məlumatlandırıb.

Seçilən
140
16
sia.az

10Mənbələr