AZ

İsrail-HƏMAS münaqişəsi UZANACAQ: “Gizli dəstəklər, üçüncü tərəflər var”

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin 2024-cü il dövlət büdcəsinin təsdiqi ilə bağlı hökumət iclasında çıxışı zamanı HƏMAS-la münaqişədən danışıb. O, sözügedən müharibənin uzun aylar davam edəcəyini açıqlayıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, İsrail-Fələstin arasındakı münaqişənin tarixi 1-2 illik deyil:

 

“Bu münaqişə 76 ilə yaxındır ki, davam edir və bunun qarşısı hansısa formada alına bilmir. Düzdür, zaman-zaman atəşkəs olur, amma müharibə ocağını söndürmürlər. Netanyahu bildirir ki, hələ müharibə uzun aylar davam edəcək. Ehtimal var ki, İsrailin HƏMAS-a qarşı keçirdiyi əməliyyatlar aylar çəksin. Lakin nəticənin nə olacağını hələ tam demək mümkün deyil”.

 

Müsahibimiz bildirib ki, bu günkü durumda tərəflər arasında razılaşmanın əldə olunması üçün hər hansı addımlar atılmır: “Söhbət üçüncü tərəflərdən gedir. Addım atmaq istəyənlərə belə imkan verilmir. Görünür, İsrail-HƏMAS toqquşması hansısa beynəlxalq güclərə sərf edir. Onsuz da münaqişə 76 ildir davam edir və yenə də davam edəcək. Fikrimcə, ortada təkcə ərazi münaqişəsi yoxdur, həm də dini çalarlar da var. Ona görə də bir tərəfdən HƏMAS-a gizlin dəstək davam etdirilir, digər tərəfdən Qərb ölkələrinin İsrailə yardımları müşahidə olunur. Münaqişənin qısa müddətdə yekunlaşacağını düşünmək doğru olmaz. Burada uzun illərə dayanan, tarixi kökü olan münaqişədən söhbət gedir”.

 

Günay

Seçilən
278
50
sfera.az

10Mənbələr