"Atletiko" kapitanı Kokeyə yeni müqavilə təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb. Bildirilib ki, Madrid təmsilçisi 32 yaşlı oyunçu ilə bu mövsümün sonu başa çatacaq müqavilənin müddətini uzatmaq istəyir.
İspaniyalı yarımmüdafiəçinin klubda qalmağa razı olduğu vurğulanıb.
Ancaq "Atletiko" futbolçunun maaşını azaltmağı düşünür. Koke hazırda həftəsində 300 min avro qazanır.
Qeyd edək ki, Koke karyerası ərzində təkcə "Atletiko"da oynayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta