AZ

Abonentlər qaz xətlərinə kənar müdaxilələr edir -

“Qaza tələbat artdıqca, abonentlər tərəfindən boru xəttlərinə kənar müdaxilələr edilir. Nəticədə qazın təzyiqi azalır". Metbuat.az xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib. Şöbə rəisi vurğulayıb ki, bu kimi faktların üstü açılır və abonent məsulkiyyətə cəlb edilir: “Daha sonra “Azəriqaz” İstehsalat Birliyi dəymiş ziyanı hesablayaraq həmin abunəçiyə təqdim edir. Bəzən, vəziyyət elə həddə çatır ki, hüquq-mühafizə orqanlarına müraciət edib qanun qarşısında həmin şəxslərin hərəkətlərinə müdaxilə edilməsini istəməli oluruq. Düzdür, vəziyyəti nəzarət altına ala bilmişik, amma hələ də buna cəhd edənlər olur. Hamı öz əməlinin müqabilində nəticəsini görür. Abonentlərimizi bu məsələdə diqqətli olmağa çağırırıq”.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
128
29
metbuat.az

10Mənbələr