AZ

Müsavat başqanı ATƏT-in Müşahidə Missiyasının nümayəndələri ilə görüşüb

Yanvarın 19-da Müsavat başqanı Arif Hacılı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının nümayəndələri Dominik Houel və Svetlana Çetaykina ilə görüşüb. 

Görüşdə fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri, həmin seçkilərin müşahidə olunması perspektivləri, ölkədəki seçki qabağı vəziyyət, seçki qanunvericiliyi, seçkilər ərəfəsində 10 jurnalistin və bir sıra siyasi fəalların, o cümlədən Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun qanunsuz həbsi, Müsavat  Gənclər Təşkilatının üzvü, partiya başqanının oğlu Orxan Hacılının adi yol qəzasına görə iki ay qanunsuz həbsdə saxlandıqdan sonra indi ev dustaqlığında olması və digər məsələlər müzakirə olunub. 

Müsavatın qərargahında keçirilən görüşdə partiya başqanının müavini Razim Əmiraslanlı və Divan üzvü Mustafa Hacıbəyli iştirak ediblər.
Seçilən
283
50
arqument.az

10Mənbələr