AZ

Seçki bülletenlərinin çapı bir həftəyə yekunlaşacaq

Mətbəədə iş normal şəkildə başlayıb. Hesab edirəm ki, bir həftəyə proses başa çatacaq. SİA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçki bülletenlərinin çapı prosesi və seçkilərə hazırlığın gedişi ilə bağlı jurnalistlərə açıqlama verərkən deyib.

MSK sədri bildirib ki, paylanma işləri isə çap prosesinin bitməsini gözləmir: “Kifayət qədər bülletenlər hazır olanda ilk növbədə Naxçıvan Muxtar Respublikası və sonra ucqar kəndlərdə yerləşən dairələrin nümayəndə heyəti gələrək rəsmi şəkildə təhvil alırlar və yerlərə çatdıracaqlar”.

Seçilən
184
7
sia.az

10Mənbələr