ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini deyib ki, ABŞ Azərbaycan və Ermənistanla sülh sazişi üzərində sıx işləməkdə maraqlıdır...Siyasi-şərhçi: “Son aylarda ABŞ-ın Cənubi Qafqazda vasitəçi kimi rolu xeyli azalıb. Bunun da səbəbkarı ilk növbədə ABŞ-ın özü olub”.“Əgər Vaşinqton Qafqazdakı proseslərdə iştirakçı olmaq istəyirsə, anlamalıdır ki, Azərbaycana qarşı öz ənənəvi təzyiq siyasətindən əl çəkməli və müzakirə olunan məsələlərə adil yanaşmalıdır”.Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavininin Azərbaycan-Ermənistan vasitəçiliyindəki rolunu Poliqon-a şərh edərkən qeyd edib.ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel keçirdiyi brifinqdə deyib ki, Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistanla sülh sazişi üzərində sıx işləməkdə maraqlıdır. Görünən odur ki, Cənubi Qafqaz uğrunda geopoltik mübarizə gedir. Belə görünür ki, vasitəçilik uğrunda olan yarışda ABŞ geridə qalmaq istəmir.Bu halda hadisələrin gedişini necə proqnoz etmək olar və Vaşinqtonun vasitəçi kimi roluna Azərbaycan ehtiyac duyacaq? Ümumiyyətlə, Azərbaycana qarşı açıq qərəz nümayiş etdirən Qərb platformalarının vasitəki kimi rolları inkişaf edə bilərmi?ABŞ-Azərbaycan münasibətlərini Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.Kamran Məmmədli: “Azərbaycan qərəzli, tərəfli mövqe sərgiləyən ölkələrin vasitəçi olmaqlarına imkan yaratmayacaq və yaratmamalıdır”.Əgər iki dövlət öz aralarında anlaşa bilirsə və vasitəsiz məsələləri yoluna qoyursa, əlavə heç bir vasitəçiyə ehtiyacın olmadığını vurğulayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, əksinə praktika da bizə üçüncü və ya dördüncü tərəflərin sülh prosesinə müdaxiləsi iki ölkə arasında sülh sazişi sürətləmdirmək əvəzinə yubatdığını göstərib:“Bildiyiniz kimi, son aylarda ABŞ-ın Cənubi Qafqazda vasitəçi kimi rolu xeyli azalıb. Bunun da səbəbkarı ilk növbədə ABŞ-ın özü olub. Həmçimin ötən ilin sonlarında ABŞ və Azərbaycan arasında xeyli gərginlik, bizə qarşı qərəzli hesabatlar, xeyli təziqlər var idi .Eyni zamanda isə Azərbaycan-Ermənistan dialoq prosesində xeyli irəlləyiş əldə olunub. Qarabağda anti-terror əməliyyatımızdan sonra Yevlaxda məhz vasitəçisiz görüşdən sonra uğurlu nəticə hasil oldu. Son olaraq Qazaxda baş tutan görüşdə COP 29-un ölkəmizə verilməsi, əsirlərin mübadiləsi həyata keçirildi. Bu bir daha onu göstərir ki, Azərbaycan və Ermənistan vasitəçisiz dialoqlarda daha çox kompromisə gəlir, nəinki üçüncü dövlətlərin iştiraki ilə keçirilən görüşlərdə. Bu baxımdan, Azərbaycanın Vaşinqtonun və yaxud Moskvanın vasitəçi kimi iştirak etməsinə ehtiyacı yoxdur.Kamran Məmmədli: “30 il ərzində heç bir irəlləyişə nail ola bilməyən bu vasitəçilərdən nəsə qlobal bir irəlləyiş gözləmək sadəlövlük olar”.Əgər Vaşinqton Qafqazdakı proseslərdə iştirakçı olmaq istəyirsə, anlamalıdır ki, Azərbaycana qarşı öz ənənəvi təzyiq siyasətindən əl çəkməli və müzakirə olunan məsələlərə adil yanaşmalıdır. Yalnız bu halda Azərbaycan üçüncü dövlətin vasitəçi olmasına razılıq verə bilər. Əks halda Azərbaycan qərəzli, tərəfli mövqe sərgiləyən ölkələrin vasitəçi olmaqlarına imkan yaratmayacaq və yaratmamalıdır.Ümümilikdə isə hesab edirəm ki, əgər iki dövlət öz aralarında anlaşa bilirsə və vasitəsiz məsələləri yoluna qoyursa əlavə heç bir vasitəçiyə ehtiyac yoxdur. Əksinə praktika da bizə onu göstərir ki, üçüncü və ya dördüncü tərəflərin sülh prosesinə müdaxiləsi iki ölkə arasında sülh sazişi sürətləmdirmək əvəzinə yubadır.Zatən ikinci Qarabağ savaşından öncə, 30 il ərzində məhz həmin ölkələrin vasitəçiliyi ilə heç bir irəlləyiş əldə olunmayıb. 30 il ərzində heç bir irəlləyişə nail ola bilməyən bu vasitəçilərdən nəsə qlobal bir irəlləyiş gözləmək sadəlövlük olar”.Nərminə UMUDLU Poliqon.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta