AZ

Bu hotelin ərazisində qanunsuz tikinti aparılırmış - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

“Ölkə.az” xəbər verir ki, bu çərçivədə Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Luxury Life” hotelinin ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz quraşdırılan metal konstruksiyalar sökülüb.
 

Seçilən
225
49
olke.az

10Mənbələr