Növbədənkənar prezident seçkilərinin şəffaf keçirilməsi üçün maarifləndirmə proqramı mühüm rol oynayır. Odur ki, bu məqsədlə tədbirlər davam etdirilir. Belə tədbirlərdən biri də ilk dəfə səs verəcək tələbələr üçün maarifləndirici seminarlardır.
Builki seçkilərdə ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə maarifləndirici seminarların keçirilməsi davam edir. Seminarların təşkilində əsas məqsəd tələbə gəncləri seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə məlumatlandırmaq, həmçinin növbədənkənar prezident seçkilərində ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.
Yanvarın 12-dən 24-dək təhsil müəssisələrində keçirilən sessiyalarda səsvermə hüququna malik ümumilikdə 15 minə yaxın tələbə iştirak edib. MSK nümayəndələrinin iştirakı ilə reallaşan görüşlərdə gənclərə səsvermə proseduru, eləcə də seçki gününədək və seçkilər zamanı həyata keçirəcəkləri zəruri hüquqi məsələlər çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Mütəmadi təşkil olunan sessiyalara ötən ilin dekabrın 27-dən etibarən başlanılıb. İndiyədək 100-dən çox təhsil müəssisəsində görüşlər reallaşıb. Genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində reallaşdırılan məlumat sessiyalarının ölkə üzrə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin hər birində davam etdirilməsi nəzərdə tutulub.
Əliqismət BƏDƏLOV XQ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta