EN

İlk dəfə səs verəcək tələbələr maarifləndirilir

Növbədənkənar prezident seçkilərinin şəffaf keçirilməsi üçün maarifləndirmə proqramı mühüm rol oynayır. Odur ki, bu məqsədlə tədbirlər davam etdirilir. Belə tədbirlər­dən biri də ilk dəfə səs verəcək tələbələr üçün maariflən­dirici seminarlardır.
Builki seçkilərdə ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı­nın təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə maarifləndirici seminarların keçirilməsi davam edir. Seminarla­rın təşkilində əsas məqsəd tələbə gəncləri seçki sistemi, seçi­cinin hüquq və vəzifələri barədə məlumatlandırmaq, həmçinin növbədənkənar prezident seçkilərində ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.
Yanvarın 12-dən 24-dək təhsil müəssisələrində keçirilən ses­siyalarda səsvermə hüququna malik ümumilikdə 15 minə yaxın tələbə iştirak edib. MSK nümayəndələrinin iştirakı ilə reallaşan görüşlərdə gənclərə səsvermə proseduru, eləcə də seçki gü­nünədək və seçkilər zamanı həyata keçirəcəkləri zəruri hüquqi məsələlər çatdırılıb, onları maraqlandıran suallar cavablandırı­lıb.
Mütəmadi təşkil olunan sessiyalara ötən ilin dekabrın 27-dən etibarən başlanılıb. İndiyədək 100-dən çox təhsil müəssisəsində görüşlər reallaşıb. Genişmiqyaslı maarifləndirmə proqramı çərçi­vəsində reallaşdırılan məlumat sessiyalarının ölkə üzrə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin hər birində da­vam etdirilməsi nəzərdə tutulub.
 
Əliqismət BƏDƏLOV XQ

Chosen
291
1
xalqqazeti.az

10Sources