AZ

ABŞ və Ukrayna enerji sisteminin möhkəmləndirilməsi barədə memorandum imzalayıb

 
"Memorandum Ukraynanın energerika sahəsinə 522 milyon dollar məbləğində yardım göstərilməsini nəzərdə tutur..."
 
"Ukraynanın energetika obyektlərinin hazırda çoxsəviyyəli mühafizəsi formalaşır və ölkənin enerji sistemi qış mövsümünə hazırdır..."
 
İmzalanmış memorandum Ukraynanın energetika sisteminin sabitliyinin yaxşılaşdırılması məqsədilə əməkdaşlıq edilməsini nəzərdə tutur.
 
Moderator.az xəbər verir ki, bu barədə "pravda.com" nəşri yazıb.
 
Məlumatda deyilir ki, memorandum enerji sisteminin möhkəmləndirilməsinə 522 milyon dollar ayrılmasını nəzərdə tutur, onlardan 100 milyon dolları müəyyən şərtlərin icrasından sonra ayrılacaq.
 
Söhbət Ukraynanın o cümlədən kritik infrastrukturunun bərpası, paylayıcı generasiyaının tətbiqi, energetika sektorunda islahat keçirilməsi və Ukraynanın müharibədən sonra aşağı karbon, rəqabətqabiliyyətli və Avropa İttifaqına inteqrasiya olunmuş energetika iqtisadiyyatına dəstək yolu ilə enerji sisteminin sabitliyinin yaxşılaşdırılmasını nəzərdə tutur.
 
"Vəsaitlərin mövcud olduğu şəraitdə ABŞ hökuməti Ukraynaya ümumi məbləği 522 milyon dollar olan yardım göstərmək niyyətindədir, bunlardan 422 milyon dolları energetika sahəsində yeni yardıma və 100 milyon dolları Ukrayna müvafiq dövlət hakimiyyəti orqanları tərəfindən bu bölmənin 3-cü paraqrafında göstərilən tədbirlərin icrası şəraitində veriləcək", - mətndə deyilir.
 
100 milyon dolların ayrılması üçün energetika sahəsində bir sıra addımların atılması şərtləri aşağıdakılardır:
 
- 30 oktyabr 2023-cü ilədək Ukrayna Qaz-Nəqliyyat Sisteminin operatoru" ASC-nin yeni Nizamnaməsi və Müşahidə Şurasının yaradılmasının təsdiq edilməsi;
 
- "Enerqoatom" Milli Atom Enerji generasiya edən Şirkəti" dövlət müəssisəsinin korporatizasiya planının icrasında tərəqqinin əldə edilməsi -30 noyabr 2023-cü ilədək;
 
- "Enerqoatom" ASC-nin yaradılması- 31 dekabr 2023-cü ilədək;
 
- Energetika və Kommunal Xidmətlərin Nizamlanması üzrə Milli Komissiya 1 aprel 2024-cü ilədək REMIT (Avropa İttifaqının topdansatış energetika bazarının bütövlüyü və şəffaflığı haqqında reqlamenti-red.) qanunvericiliyinə aid enerjidaşıyıcılarla topdansatış ticarət haqqında məlumatın təqdim edilməsinin qaydası, həcmi, dərəcəsi və dövrülüyünü müəyyən etməlidir.
 
Memorandum öz xarakterinə görə öhdəlik yaradan saziş deyil.
 
Ukrayna müharibəsi və enerji sistemində vəziyyət
 
2022-ci ilin oktyabrında işğalçılar Ukraynanın kritik infrastruktur obyektlərini bombalamağa başlayıb. İlk ciddi raket hücumu və bundan sonra bütün Ukraynada işıqların sönməsi 10 oktyabr 2022-ci ildə baş verib.
 
2023-cü ilin avqustunda Ukraynanın baş naziri Denis Şmıqal bəyan edib ki, hazırda energetika obyektlərinin çoxsəviyyəli mühafizəsi formalaşır.
 
21 avqust 2023-cü ildə energetika naziri Qerman Qaluşşenko bəyan edib ki, Ukraynanın enerji sistemi qış mövsümünə hazır olacaq.
 
O, vurğulayıb ki, atəşlər səbəbindən yeni ciddi zədələnmələr olmayacağı təqdirdə istehlakçılara elektrik enerjisinin verilməsində məhdudiyyətlər tətbiq edilməsi planlaşdırılmır.
Seçilən
293
15
moderator.az

10Mənbələr