AZ

ABŞ Dövlət katibinin müavini Türkiyədə səfərdədir

İstanbul, 28 yanvar, AZƏRTAC

ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

AZƏRTAC xəbər verir ki, Türkiyə-ABŞ strateji mexanizmi toplantısında iştirak üçün Ankaraya gələn Nulandın Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşü olub.

Görüşlə bağlı “X” sosial media hesabında açıqlama verən Türkiyənin XİN rəhbərinin müavini Ahmet Yıldız Yaxın Şərq və Afrikadakı hadisələrlə bağlı fikir mübadiləsinin aparıldığını bildirib.

Türkiyə-ABŞ strateji mexanizmi toplantısında ölkələr arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlərin ətraflı müzakirəsi gözlənilir.

Seçilən
407
50
azertag.az

10Mənbələr