AZ

Bakıda silahlı saxlanıldı

Qanunsuz saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 32 yaşlı Nemət Şükürov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

Ondan 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. N.Şükürov silahı bir müddət əvvəl əldə etdiyini amma polisə könüllü təhvil vermək əvəzinə satmaq niyyəti ilə özündə saxladığını bildirib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Seçilən
164
41
lent.az

10Mənbələr