AZ

Adil Əliyev növbəti dəfə vətəndaş qəbulu keçirdi

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev 31 yanvar tarixində, qabaqcadan müəyyən edilmiş qəbul qrafikinə uyğun olaraq Milli Məclisdə şəhid ailələrinin, qazilərin və müxtəlif məsələlərlə əlaqədar müraciət etmiş vətəndaşların növbəti qəbulunu keçirib.

Musavat.com xəbər verir ki, qəbul zamanı vitse-spiker Adil Əliyev vətəndaşlar tərəfindən qaldırılmış müxtəlif sosial, təhsil və digər məsələlərin bir qismini yerindəcə həll edib.

Vətəndaşların qəbul zamanı qaldırdıqları müxtəlif müraciətlərin vaxtında həll edilməsini təmin etmək məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib, mövcud qanunvericilik barədə vətəndaşlara izahlar verilib.

Vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması ilə bağlı dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, Milli Məclisin sədr müavinin ünvanına daxil olmuş müraciətlərin hər biri geniş şəkildə təhlil edilir və həlli məqsədilə qanunvericilik çərçivəsində bütün mümkün addımlar atılır.

Seçilən
151
5
musavat.com

10Mənbələr