AZ

19-cu əsrin qatarlarından müasir dəmiryolu şəbəkələrinə qədər... — VİDEO

Azərbaycan Dəmir Yol Muzeyi yenidənqurma işlərindən sonra qapılarını ziyarətçilərin üzünə açıb. Pandemiya dövründə muzeyin daxilində əsaslı bərpa işləri aparılıb və muzeydə yeni eksponatlar yer alıb. Hər guşəsində tarixin izini daşıyan muzey 8 dekabr 2023-cü il tarixindən yenidən fəaliyyət göstərir.

Demokrat.az xəbər verir ki, “İctimai TV” muzey barədə süjet hazırlayıb. Qeyd olunur ki, Dəmir Yol Muzeyi Bakı Sərnişin Stansiyasının tarixi vağzal kompleksinə daxil olan üç binadan biri - köhnə Sabunçu Stansiyasının binasında yerləşir. Maraqlıdır ki, Azərbaycan milli memarlıq ənənələrinə uyğun inşa edilmiş bina xarici görünüşünə və bir çox digər elementlərinə görə Şirvanşahlar Sarayını xatırladır. Muzey 3 əsas zaldan ibarətdir. 1801-1900-cü illəri əhatə edən birinci zalda dövrü əks etdirən fotoşəkillər, eksponatlar yer alıb. Zal ziyarətçiləri 19-cu əsrə aparır. Həmçinin zaldakı lövhələrdə həm ölkəmizdə, həm də digər ölkələrdə müxtəlif dövrlərdə yaradılmış qatar relsləri, onların tikilmə formaları və qaydaları haqqında məlumatlar əks olunub. Muzeyin ikinci zalındakı maraqlı guşələrdən biri dünyanın ən sürətli qatarlarına həsr edilib. Üçüncü zal isə sərgi zalıdır. Burda fərqli ölkələrdən qatarlara və dəmir yollarına aid eksponatlar nümayiş etdirilir. Muzeydə vaxtaşırı olaraq mədəniyyət xadimləri ilə görüşlər, imza günləri, kitab təqdimatları keçirilməsi də nəzərdə tutulub.  

 
Törə Zeynallı
Demokrat.az

Seçilən
312
50
demokrat.az

10Mənbələr