AZ

Vitse-spiker Adil Əliyevin yazısı Çexiya mətbuatında

Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin məqaləsi Çex Respublikasının “The Business” jurnalında və eyniadlı saytında yayımlanıb. Vitse-spiker məqalədə ölkəmizdəki sabitlikdən, 2023-cü ilin uğurlarından bəhs edib. Eləcə də, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən aparılan genişmiqyaslı islahatları qeyd edərək, bütün sahələrdə eləcə də biznes üçün yaradılmış yüksək şəraitdən bəhs edib. 2023-cü ildə Azərbaycanda SPECA-nın Zirvə görüşünün keçirilməsindən, habelə çoxsaylı iqtisadi forumların reallaşmasından bəhs edib.

Azərbaycanın Şərqdən-Qərbə, Şimaldan – Cənuba bütün tranzit xətlərini özündə birləşdirməsindən bəhs edərək, həm də Avropanın qaz təchizatında oynadığı mühüm rolu qeyd etmişdir. Məqalədə Ermənistanın 30 ilə yaxın davam etmiş təcavüzündən sonra ölkəmizin öz torpaqlarını düşmən işğalından azad etməsi və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən meqa layihələrdən bəhs edilib.

Azərbaycanın etibarlı tərəfdaş olaraq dünyada tanınmasını qeyd edərək, dünya ölkələrinin vahid qərarı ilə COP-29 kimi mühüm tədbirin keçirilməsinin rəsmi Bakıya olan yüksək etimadın göstəricisi olduğunu bildirmişdir. Eləcə də, bu mühüm tədbirə evsahibliyi edən ölkəmizin tədbirin yüksək səviyyədə təşkili üçün bütün imkanlarını səfərbər etməsini qeyd edib.

Məqalə maraqla qarşılanıb.

Məqalənin əslini təqdim edirik:

https://www.thebusinesssoiree.com/article/2024-is-one-of-the-most-important-years-in-azerbaijan

 

Seçilən
359
40
musavat.com

10Mənbələr