AZ

Millətin mövqeyi olan yerdə hamı qalib olacaq - Zahid Oruc

Prezidentliyə namizəd Zahid Oruc 23 saylı Səbail-Nəsimi seçki dairəsinin 18 saylı seçki məntəqəsində səs verib.

 

Modern.az xəbər verir ki, o, məntəqədəki seçici aktivliyinin ölkədəki mənzərəni təzahür etdiyini bildirib.

 

Prezidentliyə namizəd 20% yükdən azad olmağın təkcə coğrafi bütövlüyü yox, həm də vətəndaş bütövlüyünü yaratdığını vurğulayıb:

 

“30 il ərzində bizə iradəmizdən kənar amilli gündəlik diqtə olunmuşdu. Seçkilərdən sonra mən hesab edirəm ki, Azərbaycana olan beynəlxalq təzyiqlər azalacaq və ya dayanacaq. Hansısa standartı Avropa ilə müqayisədə edib görməyən qüvvələr belə, millətin məntəqələrdəki iradəsini görüb qiymətləndirəcəklər. Görəcəklər ki, bu, xalqın iradəsidir. Millətin mövqeyi olan yerdə kimin qalib gəlməsindən asılı olmayaraq hamı qalib olacaq.Hər kəsin gözlədiyi sülh müqaviləsinin imzalanmasıdır. Düşünürəm ki, seçkilər bu prosesin sürətlənməsinə töhfə olacaq. Ona görə də millətimizin gözü aydın olsun deyirəm".

 

Zahid Oruc seçki məntəqələrinin hamısında müşahidəçilərinin olduğunu və onların heç bir qayda pozuntusu aşkarlamadığını söyləyib:

 

"Bir ay ərzində lövhələrdə plakatlara hər hansı əllər uzanmadı. Bu da sosial psixologiyanın göstəricisidir. Seçicilərin hər birinin adlları təsbit olundu. Kiminsə digərinin yerinə səs verməsi və digər neqativ hallar olmadığını müşahidə edirik. Bizim  müşahidəçilərimiz bütün məntəqələrdə var. Mən sizə tam əminliklə deyirəm ki, heç bir məntəqədə inzibati təşkil yoxdur. Vətəndaşların hər biri deyir ki, gedək səsimizi verək".

Seçilən
257
50
modern.az

10Mənbələr