AZ

Qətiyyət həqiqətdən qaynaqlanır

Bu il yanvarın 22-də  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməmək barədə qərəzli və bədnam qərarı bütün mənalarda Azərbaycan cəmiyyətində ciddi bir narahatçılıq yaratmış və bu qərar geniş əhali kütləsi arasıтda müzakirələrə səbəb olmuşdur. Təbii ki, cəmiyyətin bu qərara qarşı reaksiyası anlaşılandır. Məsələyə aydınlıq gətirmək üçün tarixə bir qədər ekskurs etmək zərurəti yarandı.Qısa arayış: Azərbaycanla Avropa Şurası (AŞ) arasında əlaqələrin tarixi 1992-ci ildən başlamışdır. 24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir. 1996-cı ilin iyun ayında Azərbaycanın demokratik dövlət quruculuğu istiqamətində səylərini nəzərə alaraq,  AŞPA ona “xüsusi dəvət olunmuş qonaq” statusunun verilməsi haqqında qərar qəbul etmişdir. 2000-ci ilin iyun ayında keçirilən  AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilmiş və 17 yanvar 2001-ci ildə AŞ Nazirlər Komitəsinin iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilmişdir. Bu münasibətlə Azərbaycanın o zamankı Prezidenti, Ümumilli liderimiz Heydər Əliyev Strasburqda səfərdə olmuş, 25 yanvar 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasındakı tarixi çıxışında qurumla ölkəmiz arasındakı qarşılıqlı münasibətlərin əsas istiqamətlərini müəyyənləşdirmişdir. Avropa Şurası Parlament Assambleyası Avropa Şurasına üzv olan 46 ölkənin parlamentlərindən ümumilikdə 612 (306 əsas, 306 əvəzedici) üzvü bir araya gətirir. Onun missiyası, Avropada yaşayan xalqların  hüquqları, demokratiya və qanunun aliliyinin ortaq dəyərlərini müdafiə etməkdən ibarətdir.AŞPA öz Monitorinq Komitəsi vasitəsilə üzv dövlətlərin Avropa Şurası Nizamnaməsi, İnsan Hüquqları üzrə Avropa Konvensiyası və onların tərəf olduğu bütün digər Avropa Şurası konvensiyaları şərtlərinə görə götürdükləri vəzifələrin, habelə üzv dövlətlərin hakimiyyətlərinin Avropa Şurasına qəbul olduqları zaman qəbul etdikləri öhdəliklərin yerinə yetirilməsinin monitorinqini aparmaq səlahiyyətləri vardır. Hazırda on dövlət (Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, Ermənistan, Gürcüstan, Moldova Respublikası, Polşa, Serbiya, Türkiyə və Ukrayna) tam monitorinq  proseduru altındadır. Bu prosedura uyğun olaraq, Monitorinq Komitəsinin həmməruzəçiləri həm də Azərbaycanın qəbul etdikləri öhdəliklərin icrasının gedişatını nəzərdən keçirmək üçün mütəmadi olaraq Azərbaycana gəlirlər. Bu səfərlər zamanı həmməruzəçilər müxtəlif dövlət qurumlarında görüşlər keçirir və Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər barədə fikir mübadiləsi aparırlar. Ötən  illər ərzində AŞPA-da təmsil olunan Azərbaycan nümayəndə heyətinin üzvlərinin verdiyi hesabatlardan, mətbuata açıqlamalarından və keçirdikləri görüşlərdə çıxışlarından məlum olur ki, Azərbaycan və onu AŞPA-da təmsil edən nümayəndə heyəti  bu qurumla hər zaman fəal əməkdaşlıqda maraqlı olmuş, məruzələr hazırlamaq və müzakirələrə töhfə verməklə AŞPA komitələrinin işində, eləcə də plenar iclaslarda aktiv mövqe  tutmuşlar. Təbii ki, Azərbaycan da Avropa Şurasına  və onun Parlament Assambleyasına daxil olanda Avropa strukturlarına inteqrasiya olmaqla yanaşı, həm də özünün 1 nömrəli problemi olan Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, ərazi bütövlüyünün bərpasına, onun yaratdığı problemlərin həllinə, Ermənistandakı öz doğma və tarixi torpaqlarndan  zorla qovulmuş  yüz minlərlə qaçqının hüquqlarının müdafiəsinə , münaqişə nəticəsində öz vətənlərində məcburi köşün düşmüş bir milyona yaxın məcburu köçkünün öz dədə-baba yurdlarına qayıtmasına, onların hüquq və azadlıqlarının bərpasına, Xocalı soyqırımına ədalətə, erməni qəsbkarları tərəfindən viran edilmiş 700 –dən çox yaşayış məntəqəsinin dağıdılmasına , məscidlərin, tarixi abidələrin,təhsil , səhiyyə, mədəniyyət obyektlərinin vəhşicəsinə tar-mar edilməsinə ədalətli münasibət, 2020-ci il 44 günlük  vətən müharibəsindən sonra mina terrorunun dayandırılmasnaı, birinci Qarabağ müharibəsində itgin düşmüş 4 min insanın taleyi barədə məlumat almağa və daha nələrin həllində Avropa  Şurasından dəstək gözləyirdi. Lakin bu olmadı. Münaqişədən keçən 32 ildə, o cümlədən Azərbaycanın AŞPA-ya üzv olduğu 23 ildə Nə BMT və onun Təhlükəsizlik Şurası, nə münaqişənin həllinə cavabdeh olan ATƏT və onun yaratdığı Minsk Qrupu, nə Avropa Şurası, nə də indi Azərbaycanı min bir “günhada” suçlayan AŞPA bu problelərin həlli yönündə bir addım belə atmadı. Əksinə , bu problemlərlə bağlı Azərbaycanın Parlament nümayəndə heyəti məsələ qaldıranda onun səsini yenə də müxtəlif bəhanələrlə boğmağa çalışdı. Nəhayət Azərbaycan Xalqı, onun Rəşadətli Ordusu və Müzəffər Ali Baş Komandan İlham Əliyevin birgə səyi, Türk qardaşlarımızın mənəvi dəstəyi ilə bu 30 illik işğala son qoyuldu. Ərazi bütölüyümüzü, sərhədlərimizi bərpa etdik, Qarabağın yuxarı hissəsində və qədim şəhərimiz olan Xankəndidə separatçılığın kökünü kəsdik.Bütün bu uğurları həzm edə bilməyən, erməni lobisinin əlində girova çevrilən, onların maliyyə dəstəyi ilə qidalanan, AŞPA-nın üzvləri məhz 2023-cü ilin antiterror əməliyyatından sonra gercək islamafob, türkəfob və azərbaycanafob mövqedən çıxış edərək Azərbaycan Parlamaent Nümayəndə Heyətini AŞPA-nın qərar və qətnamələrini yerinə yetirməməkdə - etnik təmizləmədə, AŞPA nümayəndə heyətini Laçın sərhəddində monitorinq aparmağa buraxmamaqda, jurnalistlərin , siyasi aktivlərin, dini inanclıların təqibində, AŞPA nümayəndələrinin istintaq tədicxanalarına buraxmamaqda və nəhayət növbədənkənar prezident seçkilərinə müşahidə üçün dəvət göndərməməkdə günahlandıraraq, əslində Azərycanın daxili işlərinə qarışırlar. Bu münasibət Azərbaycana, onun Parlamentt Nümayəndə Heyətinə və nəhayət ölkənin hakimiyyəti orqanlarına  təhdiddir, hədədir, şantajdır. Belə münasibət  isə Azərbaycan dövləti tərəfindən qəbul olunmazdır. Təsadüfi deyil ki, bütün qeyd olunanları nəzərə alaraq AŞPA-ya etiraz əlaməti kimi nümayəndə heyətimizin yekdil qərarla AŞPA-da fəaliyyətini  dayandırdı. Nümayəndə heyətimizin qərarında deyilir: “ Azərbaycan öz torpaqlarını azad edəndən, ərazi bütövlüyünü və suverenliyini, sərhədlərini tam şəkildə bərpa edəndən sonra buradakı parlamentarilər ölkəmizə qarşı ciddi cəhdlə belə bir kampaniya başlamışdılar. Avropa Şurası, eləcə də digər beynəlxalq təşkilatlar Azərbaycanla şantaj dili ilə danışa bilməz. Heç kim ölkəmizi təhdidlərlə qorxuda bilməz. Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş qalib dövlətdir. Ona görə də belə cəhdlərlə Avropa Şurası öz Parlament Assambleyasının dəyərlərinə, mövcudluğuna, təsir imkanlarına, Avropada və dünyadakı nüfuzuna ciddi zərbə vurdu. Belə bir təşkilatın daxilində danışıq aparmaq, dialoq qurmaq, mövcud vəziyyəti izah etmək mümkün deyil. Hesab edirik ki, bu, ölkəmizlə başqa dillə danışmaq istəyən ölkələrə, dairələrə ciddi siqnaldır. Azərbaycan qalib ölkədir, sözü haqdır. Azərbaycanın sözü eşidiləcək, dinləniləcək və nəzərə alınacaq”,              Təbii ki, Azərbaycan özünə qarşı bu haqsız və qərəzli münasibətə dözə və onunla  barışa bilməzdi. Əgər AŞPA öz qərarına yenidən baxmasa rəsmi Bakı təkcə AŞPA ilə   yox, ümumilikdə Avropa Şurası  və Avropa İnsan Haqları Məhkəməsi ilə münasibətlərinə yenidən baxacaqdır.Təbii ki, bu addım qətiyyətin və ədalətin təntənəsi olacaqdır. Bu məqamda  1996-cı il dekabrın 3-də ATƏT-in Lissabon (Portuqaliya) Sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə bəyanat qəbulu yada düşür. Sammitin yekun sənədində münaqişənin nizamlanmasının üç prinsipini əks etdirən bənd yer almışdı: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir, bölgənin hər iki icmasının təhlükəsizliyi təmin olunur. Lakin Ermənistan konsensus prinsipindən sui-istifadə edərək həmin maddəyə razılıq vermədi. Prezident Heydər Əliyev isə cavab addımı olaraq bütövlükdə sammitin yekun sənədinə veto qoyacağını bildirdi. Nəticədə kritik vəziyyətdən çıxış yolu kimi həmin müddəalar ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatı şəklində qəbul edildi. Bu qərar Azərbaycanın böyük diplomatik uğuru, Ulu öndırin müdrikliyinin və qətiyyətinin təntənəsi idi.P.S. Heç şübhəsiz Azərbaycan Avropa Şurasında, onun Parlament Assambleyasında qalması lazımdır. Bu təşkilat Azərbaycan üçün, Azərbaycan həqiqətlərini Avropa ölkələrinə çatdırmaq üçün vacib bir platformadır. Bununla belə dünya təkcə Avropadan, Beynəlxalq təşkilatlar isə təkcə Avropa Şurasından və AŞPA-dan ibarət deyil. Aşsız keçinməsək də AŞ-sız və AŞPA-sız keçinərik.Ramiz  GöyüşMüstəqil icmalçı

Seçilən
312
1
adalet.az

2Mənbələr