AZ

"Heç bir göstəriş verilmir, öz istədiyim namizədə səs verdim, hər şey şəffafdır" - Seçicilər fikirlərini bölüşdülər + VİDEO

Bu gün respublikada növbədənkənar prezident seçkiləri keçirilir.

 

Sfera.az-ın əməkdaşları Bakı şəhəri Binəqədi rayonu 283 nömrəli məktəbdə yerləşən 12 saylı seçki məntəqəsində bir neçə vətəndaşla həmsöhbət olub.

 

Müsahibimiz Arif Adıgözəlov bildirib ki, səsvermə prosesində heç bir çətinlik yaşamayıb:

 

"Vəsiqəmi təqdim etdim, vərəqəni götürdüm, səsimi verdim. Proses çox rahat oldu".

 

Rəfiqə Zeynalova isə qeyd etdi ki, prezident seçkilərində öz hüququndan istifadə etmək üçün məntəqəyə ailəlikcə gəliblər:

 

"Səs verməyə qızım və nəvələrimlə birlikdə gəlmişik. Səsvermədə iştirak etdik. Hər şey əla idi, razı qaldıq". 

 

Vətəndaş Naqi Ağayev də Prezident seçkilərinin yaxşı təşkil olunduğunu bildirdi:

 

"Kiməsə səs verilməsi üçün heç kim göstəriş vermir. Hər bir vətəndaş öz istəyi ilə namizədlərə səs verir. Kim qazanacaqsa, xeyirli, uğurlu olsun".

 

İmanova Zümrüd adlı seçici təşkilatçılıqdan razı qaldığını qeyd etdi:

 

"Hər şey yaxşıdır, qaydasındadır".

 


Həmsöhbətimiz Sevda xanım prezident seçkilərinin fəal və obyektiv keçdiyini vurğuladı:

 

"Hər şey gözəl təşkil olunub. Çox razıyıq".


Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.


Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

 

Firuzə Əliyeva
Fotolar:Anar Bayramlı

 

 

Seçilən
335
50
sfera.az

10Mənbələr