AZ

Azərbaycan kubokunda son yarımfinalçılar müəyyənləşir

style='margin-bottom:10px;'>

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurlacaq.

QOL.az xəbər verir ki, son gündə 2 cavab oyunu keçiriləcək. Əvvəlcə "Qəbələ" ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi "Araz-Naxçıvan"la qarşılaşacaq. 

"Neftçi" isə ilk oyunda 3:2 hesabı ilə qalib gəldiyi "Sumqayıt"ı qəbul edəcək.

Xatırladaq ki, ötən gün keçirilən cavab oyunlarından sonra "Qarabağ" ümumi hesabda "Sabah"ı (7:1, 3:4), "Zirə" isə "Səbail"i (2:1, 3:0) üstələyərək yarımfinala adlayıb. Yarımfinalda "Qarabağ" "Neftçi" - "Sumqayıt" cütünün qalibi ilə, "Zirə" isə "Qəbələ" - "Araz-Naxçıvan" cütünün qalibi ilə üz-üzə gələcək.

9 fevral

16:00. "Qəbələ" - "Araz-Naxçıvan"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev

İlk oyun - 1:1

19:00. "Neftçi" - "Sumqayıt"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı

İlk oyun  - 3:2

8 fevral

"Zirə" - "Səbail" - 3:0 

İlk oyun - 2:1.

"Qarabağ" - "Sabah" - 3:4 

İlk oyun - 7:1.

Yarımfinalda qarşılaşacaqlar

"Zirə"  / "Qəbələ" - "Araz-Naxçıvan" cütünün qalibi

"Neftçi" - "Sumqayıt" cütünün qalibi / "Qarabağ" 

Seçilən
266
50
teleqraf.com

10Mənbələr