AZ

“Qəhrəman Xəlilbəyli” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Qəhrəman Xəlilbəyli” tankerinin əsaslı təmiri başa çatıb.

“İki sahil” ASCO-ya istinadən xəbər verir ki, təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.

Təmir zamanı tankerin sualtı və suüstü hissələri abraziv qumla təmizləndikdən sonra üçqat rənglənib. Gəminin baş göyərtəsində və mexanizmlərində də rənglənmə işləri aparılıb.

Baş mühərrik, soyuducular, nasoslar və digər mexanizmlərlə yanaşı, gəminin köməkçi buxar qazanı, köməkçi qazanı da təmir olunub. Köməkçi mühərriklər yenisi ilə əvəz edilib.

Həmçinin tankerdə gövdə-qaynaq, elektrik quraşdırma, boru quraşdırma, avtomatika işləri görülüb.

“Qəhraman Xəlilbəyli” tankerinin komanda-yayım qurğusu və radionaviqasiya avadanlıqları təmir olunub. Gəmiyə müasir tip dərinlik ölçən vibrator, radilokasya, girokompas, QDFƏRS (GMDSS), kospas-karsat, qara qutu (SVDR), maqnit kompas, AİS avadanlığı, NAVTEKS və BNWAS qurğuları quraşdırılıb.

Bundan başqa, gəmidə dənizçilərin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib.

Sınaq üzüşündən uğurla çıxan tanker yenidən istismara qaytarılıb. Gəminin ilk səfəri Türkmənbaşı limanına olacaq.

Seçilən
181
5
ikisahil.az

10Mənbələr