AZ

“Məktəblər daha təhsil ocağı deyillər” - Direktorlara sərt irad

"Bəzi məktəblərdə direktorlar valideynlərə xəbər yollayıblar ki, gələn həftədən 11-ci sinif uşaqlarının geyiminə xüsusi nəzarət olacaq. Yeniyetmələr intihar edir, bir-birini bıçaqlayır, bunlar geyimə nəzarəti gücləndirirlər. Ümumiyyətlə, məktəblərdə hər işlə məşğul olurlar, təkcə təlim-tərbiyədən başqa".Missiya.Az xəbər verir ki, bu fikirləri Jurnalist Ekspert Mərkəzi İdarə heyətinin sədr müavini, Missiya Media Qrupunun baş redaktoru Nicat Dağlar şəxsi "Facebook" hesabında yazıb. Baş redaktor məktəblərdə təhsilin indiki səviyyəsinə də münasibət bildirib: "Məktəblər artıq təhsil ocağı deyil. Uşaqlar məktəbə ancaq attestat almaq üçün gedirlər. Onun da sonda rənginə görə öz qiyməti olur... Ali məktəblərə qəbulda qazandıqları uğur isə valideynlərin hər il MƏKTƏBDƏNKƏNAR təhsilə xərclədikləri pulun nəticəsidir. Direktorlar da özlərinə aid olmayan nəticələrlə hər yeni tədris ilinin əvvəlində reytinq yarışına girirlər. Sanki uşaqların qаzandığı nəticələrdə hansısa rol oynayıblar". Jurnalist orta təhsil ocaqlarının direktorlarına xatırlatma ünvanlayıb:"Paltar yoxlayan direktorlara isə demək istəyirəm ki, sonuncu intihar edən yeniyetmə boynuna kəndir keçirərkən məktəbli geyimində olub. O bıçaqlanmış 11-ci sinif şagirdini də məktəbli geyimində qanına qəltan etdilər. Cinayəti törədən də sizin xüsusi nəzarət etdiyiniz məktəbli geyimində idi..."

Seçilən
521
missiya.az

1Mənbələr