AZ

Vardanyan qardaşımın maşınında olub birlikdə saxlanılıblar – Manukyan SİRRİ AÇDI

Qarabağdakı separatçı rejimin “dövlət naziri” olmuş Ruben Vardanyanın “Laçın” postunda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının bəzi təfərrüatları məlum olub.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Parlamentinin “Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyan son müsahibəsində danışıb.

O qeyd edib ki, Vardanyan onun qardaşı general Davit Manukyanla birlikdə həbs edilib.

Deputat qardaşının arvadının da orada olduğunu, lakin onun Ermənistana keçməsinə icazə verilməsi ilə bağlı məlumatı təsdiqləyib:

“Bəli, Ruben Vardanyan qardaşımın maşınında olub, azərbaycanlılar onları birlikdə həbs ediblər”.(Publika.az)

Seçilən
208
1
konkret.az

5Mənbələr