AZ

Azərbaycan polisindən Xankəndidə erməni sakinlərə jest

Azərbaycan polisi Qarabağda ermənilərin tərk etdiyi evləri qoruyur.




Sitat.info xəbər verir ki, bu haqda “İravunk” nəşri məlumat yayıb.




Nəşr qeyd edir ki, ermənilər Ermənistana qayıtdıqdan sonra onların yaşadığı evlər Azərbaycan polisi tərəfindən mühafizə altına alınıb.
“Evlərdə əşyalara qədər heç nəyə toxunulmayıb. Azərbaycan polisi evlərin qapılarını bağlayıb və mühafizə altına alıb. Qarabağda qalan erməni sakinlər bildirirlər ki, Ermənistana gedən ermənilər geri qayıtmaq istəyərsə, çıxdıqları evlərində yaşaya bilmələri üçün hər cür şərait var”, - nəşr yazır.
Ermənilər tərəfindən etiraf edilən bu fakt Ermənistanın Azərbaycana qarşı “etnik təmizləmə”, “deportasiya” kimi iddialarını alt-üst edir.

phrase_var_article.chosen
114
8
sitat.info

6phrase_var_article.sources