AZ

ABŞ-ın keçmiş müdafiə naziri İsrailə xəbərdarlıq edib – “Bunun ağır nəticələri ola bilər”

“Quru əməliyyatlarının bir sıra təhlükələri var. İsrailin quru əməliyyatında hər evə qarşı döyüşmək lazım gələcək. Bunun ağır nəticələri ola bilər”.

Bunu ABŞ-ın keçmiş müdafiə naziri Leon Panetta mümkün İsrail-HƏMAS müharibəsi ilə bağlı “Bloomberg” nəşrinə açıqlama verərkən deyib.

O, qeyd edib ki, hər iki tərəfdən də çox ciddi itkilər olacaq: “Bu, eyni zamanda, Yaxın Şərqdə İsrailin ərəb ölkələri ilə başlatdığı normallaşma mərhələsinə zərər verə bilər. Həmçinin İsrailin Qəzzaya mümkün quru hücumu bölgədə daha böyük bir müharibəyə səbəb ola bilər”.

Adı açıqlanmayan ABŞ rəsmisi isə qeyd edib ki, İsrailin gözlənilən hücumu bizə 2004-cü ildə İraqın Fəllucə şəhərində baş verənləri xatıralda bilər. O da bildirilib ki, qonşu dövlətlər Fələstinə dəstək verərsə, Qəzza uzun müddət İsrailə müqavimət göstərə bilər.

Qeyd edək ki, İsrail Qəzzaya quru əməliyyatı başlatmaq qərarını hələ rəsmən açıqlamasa da, Baş nazir Benyamin Netanyahu dəfələrlə çox sərt tədbirlərin görüləcəyi ilə bağlı xəbərdarlıq edib. İsrailin yaxın günlərdə qurudan, dənizdən və havadan Qəzzaya hücum edəcəyi gözlənilir.

phrase_var_article.chosen
263
8
ulusal.az

10phrase_var_article.sources