AZ

Hərbi xidmətə çağırışa möhlət verilməsində problemlər üzə çıxıb

Həqiqi hərbi xidmətdə, habelə ehtiyatda və istefada olan hərbi qulluqçular və onların ailə üzvləri tərəfindən Ombudsmana ünvanlanmış müraciətlərdə sağlamlıq vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi üçün əsasların olması nəzərə alınmadan bir sıra vətəndaşların hərbi xidmətə cəlb edilib.AzVision.az -ın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Həmçinin, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların sağlamlıq vəziyyətinə görə və ya digər səbəblərdən hərbi xidmətdən tərxis edilmələri ilə əlaqədar müraciətlərinə baxılmasının gecikdirilməsi, hərbi xidmət zamanı istifadə edilməmiş əşya əmlakına və məzuniyyət günlərinə, həmçinin digər əsaslara görə hərbi qulluqçulara pul kompensasiyasının vaxtında verilməməsi və bu kimi bəzi məsələlər hesabatda qeyd edilib.

Bir sıra müraciətlərdə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi üçün sağlamlıq və ailə vəziyyətinə görə əsasların olmasına baxmayaraq, çağırışçıların Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumları tərəfindən müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi, digər hallarda isə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) sağlamlıq vəziyyəti ilə əlaqədar hərbi xidmətdən tərxis edilmə ilə bağlı müraciətlərinin nəticəsiz qalması halları qeyd edilib. Bu problemlərlə əlaqədar Azәrbaycan Respublikasının İnsan Hüquqları üzrә Müvәkkilinin (Ombudsmanın) 2023-cü il üzrә mәruzәsi

aparılmış araşdırmalar nəticəsində belə faktlar əksər hallarda tam və ya qismən öz təsdiqini tapıb.

Sağlamlıq problemi ilə əlaqədar bir sıra müraciətlər üzrə aidiyyəti dövlət qurumlarına ünvanlanmış müraciətlərdən sonra çağırışçılara sağlamlıq vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilib, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular əksər hallarda sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı kimi xidmətdən tərxis edilmiş, bəzi hərbi qulluqçuların sağlamlıq vəziyyətinə uyğun olaraq xidmət yeri dəyişdirilib.

Hərbi xidmətdən tərxis edildikdən sonra hərbi biletin və ya digər sənədlərin qaytarılmasının gecikdirilməsi, bununla bağlı digər hüquqlardan səmərəli istifadə etmək imkanının olmaması, məsələ ilə əlaqədar aidiyyəti qurumlara müraciətlərin nəticəsiz qalması ilə bağlı bir sıra müraciətlər də Ombudsmanın müdaxiləsindən sonra öz həllini tapıb.

AzVision.az

Seçilən
543
azvision.az

1Mənbələr