AZ

ING Azərbaycanda inflyasiya proqnozunu azaldıb

Niderlandın "ING Group"u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 4,4 %, 2025-ci ildə 5,5 % olacağını proqnozlaşdırır.

Bu barədə “Report” şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir ki, bu il və gələn il üçün açıqlanan yeni proqnoz fevral ayında açıqlanan proqnoza nisbətən 0,1 faiz bəndi azdır.

Proqnozlara əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 5,8 %, ikinci rübdə 1,8 %, üçüncü rübdə isə 4,2 % səviyyəsində gözlənilir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını gözləyir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 % təşkil edəcək, 2025-ci ildə 3,9 %-dək azalacaq.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 4,7 %-ə qədər azalacağını, 2025-ci ildə 5 % olacağını proqnozlaşdırır.

Dünya Bankının qiymətləndirmələrinə görə Azərbaycanda orta illik inflyasiya 2024-ci ildə 5,8 %, 2025-ci ildə 5,2 % təşkil edəcək.

Seçilən
312
8
report.az

10Mənbələr