AZ

Rusiya hərbi təyyarəsi dənizə düşdü-VİDEO

Sevastopol şəhəri yaxınlığında Rusiyanın hərbi təyyarəsi dənizə düşüb.
Tribunainfo.az xəbər verir ki, şəhər qubernatoru Mixail Razvojayevin verdiyi məlumata görə, Sevastopol ərazisində heç bir mülki obyektə ziyan dəyməyib.
Qubernator öz Telegram kanalında yazıb: “Hərbi təyyarə dənizə düşüb. Mən görürəm ki, Ukraynanın ictimai səhifələrində çoxlu müxtəlif məlumatlar dərc olunur. Mülki obyektlərə ziyan dəyməyib”.
Təyyarənin hansı səbəbdən dənizə düşdüyünü açıqlamayan şəhər merinin sözlərinə görə, pilot təyyarədən paraşütlə tullanmağı bacarıb. O, xilasedicilər tərəfindən sahilə yaxın ərazidən çıxarılıb, həyatı üçün təhlükə yoxdur.
Daha əvvəl xəbər verildiyi kimi, Sevastopolda dəniz sərnişin daşımaları dayandırılıb.
Спасательной службы Севастополя в двухстах метрах от берега. Его жизни ничего не угрожает”, – написал Развожаев.

Seçilən
516
tribunainfo.az

1Mənbələr