AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 184 Bakı şəhəri, 1 aprel 2024-cü il
“Dövlət qulluğu haqqında” Azərbay­can Respublikasının Qanununda dəyi­şiklik edilməsi barədə” Azərbaycan Res­publikasının 2023-cü il 24 fevral tarixli 825-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respub­likası Nazirlər Kabinetinin bəzi qərarla­rında dəyişiklik edilməsi haqqında
“Dövlət qulluğu haqqında” Azərbay­can Respublikasının Qanu-nunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublika­sının 2023-cü il 24 fevral tarixli 825-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanu­nunun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət orqanla­rında dövlət qulluqçularına ixtisas dərəcələ­rinin verilməsi Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqın­da” 2003-cü il 4 avqust tarixli 911 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsas­namə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli və “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahi­bə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 iyun tarixli 1480 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Preziden­tinin 2023-cü il 10 aprel tarixli 2095 nömrəli Fərmanının 2.5-сi bəndinin icrasını təmin et­mək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 
1. “Dövlət qulluğu ilə bağlı bəzi məsələlə­rin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 755 (Cild I) 1-ci hissəsi ləğv edilsin. 
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115 (Cild I); Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2024-cü il 23 fevral tarixli 97 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliy­yətini təmin edən qurumların) və onun böl­mələrinin adları”nda “Azərbaycan Respubli­kası Mərkəzi Seçki Komissiyasının Aparatı” sözləri “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi” sözləri ilə əvəz edilsin. 
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, mad­də 1198 (Cild I) ilə təsdiq edilmiş 7 nömrəli əlavə - “Mədəni bitkilərin genetik ehtiyatla­rının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texni­ki Şuranın Əsasnaməsi”nin 5.3-cü bəndinin ikinci cümləsində “elmi struktur vahidlərin­də” sözləri “strukturuna daxil olmayan tabe­liyindəki qurumlarında” sözləri ilə, “struktur vahidlərində (qorunan ərazilər və tədqiqat institutları)” sözləri isə “strukturuna daxil olmayan tabeliyindəki qurumlarında” sözləri ilə əvəz edilsin. 
4. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2017, № 3, maddə 485 (Cild I) ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahan­ları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 1.1-ci bəndindən “(yerli icra hakimiyyəti orqanları, Bakı Şəhər İcra Haki­miyyəti başçısının yanında olan orqanlar, yer­li icra hakimiyyəti başçılarının yanında avto­mobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla)” sözləri çıxarılsın və həmin bəndə “ticarət nümayəndələri” sözlərindən sonra “və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri vəzifələri” sözləri əlavə edilsin. 
5. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2017-ci il 10 mart tarixli 87 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 486 (Cild I) ilə təsdiq edilmiş “Dövlət qullu­ğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”na 1 nömrəli əlavə - “Dövlət qulluğu vəzifələri üzrə Ser­tifikatın verilməsi üçün inzibati vəzifələrin növləri, qrupları və alt qrupları” cədvəlində aşağıdakı dəyişikliklər edilsin: 
5.1. “AC1” sətrinin üçüncü abzasının sonunda nöqtəli vergül işarəsi qoyulsun və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin: 
“Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanların rəhbərləri”; 
5.2. “AC2” sətrinə “sektor müdiri” abza­sından əvvəl aşağıdakı məzmunda yeni abzas əlavə edilsin: 
“şöbə müdiri;”; 
5.3. “AC3” sətri üzrə: 
5.3.1. “mərkəzi icra hakimiyyəti orqan­larının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri” abzasından əvvəl aşağıdakı məzmunda yeni abzas əlavə edil­sin: 
“şöbə müdirinin müavini;”;
5.3.2. “mərkəzi icra hakimiyyəti orqan­larının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri” abzasının sonunda nöqtəli vergül işarəsi qoyulsun və aşağıdakı məzmunda yeni abzas əlavə edilsin: 
“Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanların rəhbərlərinin müa­vinləri”; 
5.4. “AC4” sətrinə “dövlət orqanı rəhbə­rinin köməkçisi” abzasından əvvəl aşağıdakı məzmunda yeni abzas əlavə edilsin: 
“yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairə­si üzrə nümayəndəsi, onun müavini;”. 
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 dekabr tarixli 545 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II ki­tab), maddə 2493 (Cild I) ilə təsdiq edilmiş “1-5-ci kateqoriya dövlət orqanlarında inzi­bati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”ndə aşağıdakı dəyişikliklər edilsin: 
6.1. 5-ci hissənin ikinci abzasında “böl­mə” sözü “struktur bölmə” sözləri ilə, “, ha­belə yerli icra hakimiyyəti orqanlarında, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlarda, eləcə də yerli icra hakimiy­yəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində inziba­ti vəzifələrə” sözləri “inzibati vəzifələrinə” sözləri ilə əvəz edilsin; 
6.2. aşağıdakı məzmunda 8.3.2-1-ci, 8.3.3-1-ci, 8.5.12-1-ci, 8.6.5-1-ci, 8.6.7-1-ci yarımbəndlər əlavə edilsin: 
“8.3.2-1. dövlət orqanı rəhbərinin müşa­viri 
Təhsilə dair tələblər: müvafiq ali təhsil; 
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğun­da 3 il qulluq stajı və yaxud 5 il iş stajı; 
Bilməlidir: Azərbaycan Respublika­sının Konstitusiyasını, Azərbaycan Res­publikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qayda­ları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” qanun­larını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tən­zimləyən digər normativ hüquqi aktları, qul­luq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;
8.3.3-1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyinin rəhbəri və onun müavini 
Təhsilə dair tələblər: ali təhsil; 
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğun­da 6 il qulluq stajı və yaxud 9 il iş stajı; 
Bilməlidir: Azərbaycan Respublika­sının Konstitusiyasını, Azərbaycan Res­publikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qayda­ları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” qanun­larını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, Azərbaycan Respublikası Prezi-dentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Res­publikası Nazirlər Kabinetinin iş qaydası”nı, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tən­zimləyən digər normativ hüquqi aktları, qul­luq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri; 
8.5.12-1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanların rəhbərləri 
Təhsilə dair tələblər: müvafiq ali təhsil; 
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğun­da 4 il qulluq stajı və yaxud 6 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublika­sının Konstitusiyasını, Azərbaycan Res­publikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qayda­ları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” qanun­larını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tən­zimləyən digər normativ hüquqi aktları, qul­luq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri; 
8.6.5-1. şöbə müdiri və onun müavini 
Təhsilə dair tələblər: müvafiq ali təhsil; 
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğun­da 3 il qulluq stajı və yaxud 4 il iş stajı;

8.6.7-1. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının yanında olan orqanların rəhbərlə­rinin müavinləri 
Təhsilə dair tələblər: müvafiq ali təhsil; 
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğun­da 3 il qulluq stajı və yaxud 4 il iş stajı; 
Bilməlidir: Azərbaycan Respublika­sının Konstitusiyasını, Azərbaycan Res­publikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qayda­ları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” qanun­larını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tən­zimləyən digər normativ hüquqi aktları, qul­luq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;”; 
6.3. 8.7.3-cü yarımbəndin dördüncü ab­zasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmun­da 8.7.4-cü və 8.7.5-ci yarımbəndlər əlavə edilsin: 
“8.7.4. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati əra­zi dairəsi üzrə nümayəndəsi, onun müavini 
Təhsilə dair tələblər: müvafiq ali təhsil; 
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 il iş stajı; 
Bilməlidir: Azərbaycan Respublika­sının Konstitusiyasını, Azərbaycan Res­publikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qayda­ları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” qanun­larını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tən­zimləyən digər normativ hüquqi aktları, qul­luq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri; 
8.7.5. dövlət orqanı rəhbərinin köməkçisi 
Təhsilə dair tələblər: ali təhsil; 
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 il iş stajı; 
Bilməlidir: Azərbaycan Respublika­sının Konstitusiyasını, Azərbaycan Res­publikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qayda­ları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” qanun­larını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tən­zimləyən digər normativ hüquqi aktları, qul­luq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri.”. 
Əli ƏSƏDOV,Azərbaycan Respublikasının Baş naziri

Seçilən
417
xalqqazeti.az

1Mənbələr