AZ

Prinsipial siyasət, qətiyyətli mövqe

Oktyabrın 11-də Bakı növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi etdi. Paytaxtımızda MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərləri Şurasının 53-cü iclası keçirilib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını – Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikovu, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini, Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Terteli, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayevi, Qırğızıstanın Baş nazirinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevi, Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovu, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimovu və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbəri Yevgeniy Sısoyevi qəbul edib. Dövlət başçısı bu gün dünyada və bölgədə gedən prosseslər, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı həyata keçirdiyi son tədbirlər və sülh prossesi, regionda yaranan yeni reallıq ilə bağlı geniş çıxış etdi.Dövlət başçısı görüşdə çıxış edərək bildirib ki, “Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bütün istiqamətlər üzrə və əlbəttə, təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur. Sizin işiniz, həmçinin həmkarlar arasında qarşılıqlı fəaliyyət hazırkı mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyətə malikdir, çünki təhdidlər artır, yeni qeyri-sabitlik ocaqları yaranır və ölkələrimizin sabitliyi və təhlükəsizliyi bir çox hallarda sizin strukturların operativ işindən asılıdır”.Eyni zamanda ölkə rəhbəri görüşdə Azərbaycanın heç bir daxili təhdidinin qalmadığını bildirmişdir: “Üç həftə əvvəl həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Əlbəttə, bu, regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır. Biz buna çalışırıq və hesab edirik ki, başqa alternativ yoxdur.” Azərbaycan regional problemlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsinin tərəfdarı olub. Rəsmi Bakının irəli sürdüyü “3+3” əməkdaşlıq formatı Cənubi Qafqazda açıq qalan və mübahisə doğuran məsələlərin konstruktiv ruhda müzakirəsi üçün ən effektiv platforma ola bilər. Lakin təəssüf ki, biz Ermənistan hakimiyyətinin tamamilə fərqli və qeyri-adekvat addımlarının şahidi oluruq. Bəzi üçüncü ölkələr isə bu prosesdə qeyri-konstruktiv mövqedən çıxış edərək, vəziyyəti gərginləşdirməyə çalışır. Prezident İlham Əliyev son həftələrdə baş verən hadisələrin mətbuatda, ilk növbədə, Qərb mediasında birtərəfli, qərəzli və nə məsələnin tarixini, nə də bugünkü reallıqları tamamilə əks etdirmədən təqdim olunduğunu bildirərək son üç ildə baş verənlər barədə iclasın iştirakçılarını ətraflı məlumatlandırdı. Dövlət başçımız görüşdə hər zaman olduğu kimi qətiyyətli mövqe nümayiş etdirdi. Bu çıxışda dünyada baş verən hadisələrin, mövcud reallıqların aydın mənzərəsi verilib. Cənab İlham Əliyev yeni dünya düzəninin formalaşması fikrini ifadə etməklə əsas diqqəti dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinin vacibliyinə, beynəlxalq hüququn işləməməsinə, beynəlxalq təşkilatların fəaliyyətinin səmərəli olmamasına yönəldibAzərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət etdiyini bildirən dövlət başçısı vurğulamışdır: “Beynəlxalq ekspertlər bunun şahididirlər. Yeri gəlmişkən, bu yaxınlarda azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası dünən və bundan təxminən bir həftə əvvəl artıq iki dəfə məhz bunu vurğulayıb ki, bütün humanitar normalara əməl olunub. Bununla belə, Qərbdəki erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham edirlər. Burada əsas skripkanı çalan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir””. Dövlətimizin başçısı görüş zamanı onu da diqqətə çatdırıb ki, Fransanın bir tərəfdən bütün diplomatik normaları pozduğunu, təhqirlərlə səciyyələnən bəyanatlarını, çirkin uydurmalarını, təxribat və yalanlarını görürüksə, digər tərəfdən onun vasitəçilik xidmətləri göstərmək cəhdləri heç bir məntiq çərçivəsinə sığmır. Bizə belə vasitəçilər lazım deyil. Bu birincisi. İkincisi, kimsə vasitəçilik etmək istəyirsə, bu, PR-aksiyası xarakteri daşımamalı, əməldə nəticəyə yönəlməlidir”.
Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşündə dərin məzmunlu çıxış edərək bir çox məsələlərlə bağlı mövqeyini ifadə etdi, Azərbaycan həqiqətlərini diqqətə çatdırdı, milli maraqlara əsaslnan qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi.Pərvin Kərimzadə
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Seçilən
110
2
sesqazeti.az

3Mənbələr