AZ

Azərbaycan "Prezident kuboku"nu 9 medalla başa vurub – Mükafatlandırma

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunanavarçəkmə üzrə "Prezident kuboku" beynəlxalq reqatasında sonuncugünün qalibləri mükafatlandırılıb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, mərasim Mingəçevirdə “Kür” OlimpiyaTədris-İdman Mərkəzində keçirilib.

Medalları gənclər və idman naziri Fərid Qayıbov, AzərbaycanKanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, başkatibi Fərhad Əliyev, Milli Məclisin sədrinin birinci müavini ƏliHüseynli, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədriDuşan Kovaçeviç, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlhamİsmayılov, Mingəçevir Şəhər Dövlət Universitetin rektoru ŞahinBayramov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının idmandirektoru Rəhman Xanlarov təqdim ediblər.

“Prezident kuboku-2024” beynəlxalq reqatasında Azərbaycanmillisi 1 qızıl, 3 gümüş və 5 bürünc medalla yarışı başa vurub.

4 gün davam edən reqatada 20-dən çox ölkədən – Azərbaycanlayanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya,Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva,Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə,Ukrayna və Özbəkistandan olan komandalar mübarizə aparıb.

Qeyd edək ki, Suqovuşan su anbarında start götürən “Prezidentkuboku-2024” beynəlxalq reqatası Mingəçevir şəhərində başaçatıb.

Seçilən
203
3
az.trend.az

4Mənbələr