Bu yay ölkəmizin paytaxtında “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək.
Yarış Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq.
FIDE-nin 100 illiyinə həsr edilən turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İştirakçıların yekun siyahısı iyunun 15-də müəyyənləşəcək. Bakı İdman Sarayının evsahibliyi edəcəyi festivalın mükafat fondu 50 min ABŞ dolları olacaq.
İyunun 29-da start götürəcək şahmat festivalı iyulun 7-də başa çatacaq. Turnirin baş hakimi AŞF-nin vitse-prezidenti Faiq Həsənov olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta