Rusiyanın Krasnodar diyarının Yurovka kəndində neft anbarına dron hücumu olub.
Aktual.az xəbər verir ki, daha əvvəl sosial şəbəkədə yayılmış məlumatı regionun Operativ Qərargahı təsdiqləyib.
OQ-a görə, Ukrayna dronları Anapa yaxınlığındakı Yurovkanın neft bazasına hücum edib."Təxminən 6 PUA boğucu vasitəsilə zərərsizləşdirilib, lakin bir neçəsi neft bazasının ərazisinə düşüb. Nəticədə yanğın başlayıb və bir neçə rezervuar zədələnib”, – OQ etiraf edib.
Bildirilib ki, yanğının söndürülməsində 62 insan və 20 texnika iştirak edir; Anapa meri Vasili Şvets olay yerindədir.
Xatırladaq ki, daha əvvəl "VÇK-OQPU” teleqram kanalı regiona dron həmləsi olduğunu bildirərək müvafiq videogörüntüləri paylaşmışdı.