BMT Baş Assambleyası Fələstinin qurumun tamhüquqlu üzvü olmaq istəyini dəstəkləməyə hazırlaşır.
7Times.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, bu gün səsverməyə çıxarılacaq qətnamə layihəsi fələstinlilərə 2024-cü ilin sentyabrından BMT üzvləri arasında iclas zalında yer kimi əlavə hüquqlar və imtiyazlar verəcək.
Bildirilib ki, BMT-nin tamhüquqlu üzvü olmaq üçün ərizə əvvəlcə Təhlükəsizlik Şurası, sonra isə Baş Assambleya tərəfindən təsdiqlənməlidir.
Bu səsvermə fələstinlilərə qlobal dəstək rolunu oynayacaq.