AZ

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Kiyev, 10 may, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ölkəmizin Belarusdakı səfirliyində tədbir keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə səfirliyin inzibati binasının foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq, dahi şəxsiyyətin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Səfir Məhərrəm Əliyev çıxış edərək Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərinə toxunub, Azərbaycan tarixinin ən keşməkeşli dövründə dövlət quruculuğu sahəsində gördüyü işlərdən, apardığı daxili və xarici siyasətdən bəhs edib.

Səfir bərpa edilmiş ərazi bütövlüyümüzün, demokratiya və hüquqa əsaslanan dövlət quruculuğunun təməlinin məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu məharətlə davam etdirməklə, ata vəsiyyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini, uğurla davam etdirilən siyasi və iqtisadi strategiyanın nəticəsində ölkəmizin beynəlxalq müstəvidə qəbul və hörmət edilən güclü dövlətə çevrildiyini vurğulayıb.

Daha sonra səfir Ulu Öndərlə bağlı şəxsi xatirələrini bölüşüb, Ümummilli Lider Heydər Əliyev irsinin hər bir azərbaycanlı üçün örnək olduğunu bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
500
50
azertag.az

10Mənbələr