AZ

Mirzoyan isveçrəli həmkarını Ermənistanla Azərbaycan arasında son danışıqlar barədə MƏLUMATLANDIRIB 

Avropa Şurasının 113-cü nazirlər sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İsveçrənin xarici işlər naziri İqnasio Kassis ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə  Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat verib.

Badalyan qeyd edib ki, görüş zamanı Mirzoyan may ayının 10-11də Almatıda azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə danışıqlarda müzakirə olunan əsas məsələlər barədə məlumat verib: 

“Ararat Mirzoyan isveçrəli həmkarına Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələr barədə danışıb. O, sazişin imzalanmasının yekun nəticəsinə nail olmaq üçün Ermənistanın siyasi iradəsini vurğulayaraq, 1991-ci il Alma-Ata Bəyannaməsinin fundamental prinsip və müddəalarına sadiqliyin vacibliyini vurğulayıb”.

Bizim.Media

Seçilən
159
50
bizim.media

10Mənbələr