AZ

Bu ölkə də İrana yardım təklif etdi

İraqın baş naziri əl-Sudani İran Prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin axtarışlarına kömək təklif edib.   Manset.az  xəbər verir ki, bu barədə İran hökumətinin mətbuat xidməti məlumat yayıb. Baş nazir Daxili İşlər Nazirliyinə, İraqın Qızıl Aypara Cəmiyyətinə və digər səlahiyyətli orqanlara İran prezidentinin helikopterinin axtarışına kömək etmək üçün mövcud imkanlarını İrana təqdim etməyi tapşırıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan axtarış üçün İrana yardım təklif edib.

phrase_var_article.chosen
303
50
manset.az

10phrase_var_article.sources