AZ

Tramp cinayət işində təqsirli bilindi: Prezident olmaq şansı var mı?

ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyasının ortasında məhkəmə prosesinə cəlb edilməsi siyasi maraqların təsirini göstərir. Bu barədə Sankt-Peterburq Dövlət Universitetinin Amerika Araşdırmaları kafedrasının dosenti, politoloq Qriqori Yarygin “Lenta.ru”-ya danışıb.

Minval.info yazır ki, mayın 30-da Manhetten cinayət məhkəməsinin münsiflər heyəti Trampı porno ulduz Stormi Danielsə ödənişlərin gizlədilməsi ilə bağlı cinayət işində təqsirli bilib. O, bütün 34 ittiham maddəsi üzrə günahkar sayılıb. Hakimlərin fikrincə, Tramp 2016-cı il prezident seçkilərində seçicilərə özünün bütün məlumatlarını təqdim etmədiyi üçün seçkiləri saxtalaşdırmış hesab olunur.

11 iyulda çıxarılacaq yekun hökm Respublikaçılara təzyiq vasitəsi ola bilər, çünki 15 iyulda partiyanın rəsmi prezident namizədi elan ediləcək.

Buna baxmayaraq, ABŞ qanunlarına görə, Trampın məhkum olunması onun prezidentliyə namizədliyinə mane olmur. Hətta cinayət işində təqsirli bilinsə də, Tramp prezidentliyə namizədliyini irəli sürə və seçkilərdə iştirak edə bilər. Bu vəziyyət ABŞ-ın siyasi və hüquqi sisteminin unikal xüsusiyyətlərindən biridir.

Paşa Sadıqlı
Minval.info

Seçilən
111
41
minval.info

10Mənbələr