AZ

Çempionlar Liqasının qalibi kim olacaq?

Bu gün UEFA Çempionlar Liqasının final matçı keçiriləcək.

Publika.az xəbər verir ki, həlledici qarşılaşmada İspaniyanın “Real Madrid” klubu ilə Dortmund “Borussiya”sı üz-üzə gələcək.

Oyun Londondakı “Uembli” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu, Çempionlar Liqası tarixində 69-cu final olacaq. Turnirin ən titullu klubu “Real”dır. Komanda 14 dəfə kuboku qazanıb, həmçinin üç dəfə Avropanın ən nüfuzlu klub yarışının finalında çıxış edib.

Madridlilər sonuncu dəfə 2022-ci ildə Çempionlar Liqasının qalibi olub. Komanda həmin vaxt həlledici görüşdə İngiltərə “Liverpul”unu məğlub etmişdi – 1:0.

“Borussiya” isə 1997-ci ildə Çempionlar Liqasının qalibi olub. Komanda İtaliya “Yuventus”unu üstələyib – 3:1. 2013-cü ildə də “Borussiya” finala çıxıb. Amma həlledici görüşdə “Bayern Münhen”ə 1:2 hesabı ilə uduzub.

1 iyun

Seçilən
165
18
publika.az

10Mənbələr