AZ

AFFA "Qəbələ" klubuna 700 min manat ayırıb

AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında “Qəbələ” klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 min manat maliyyə vəsaitinin ayrılması ilə bağlı qərar qəbul edilib.

Bu xüsusda “Qəbələ” klubuna dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, "Qəbələ" 2024/2025 mövsümündə Azərbaycan I Liqasında mübarizə aparacaq.

Seçilən
166
18
cbcsport.az

10Mənbələr