AZ

Hikmət Mirzəyevin keçmiş vəzifəsini icra edən Akif Pirverdiyev KİMDİR? – DOSYE

Xüsusi Təyinatlı Qüvvələrin Komandanı vəzifəsi general-mayor Akif Pirverdiyevə həvalə edilib.

 

Akif Pirverdiyevin dosyesini təqdim edirik:

 

A.Pirverdiyev əslən Goranboy rayonundandır.

 

O, 44 günlük Vətən Müharibəsində iştirak edib. Prezidentin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Zəfər" ordeni ilə təltif edilib.

 

2022-ci ildə isə General Pirverdiyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

O, daha öncə Xüsusi Təyinatlı Qüvvələrin komandanının Maddi Texniki Təminat üzrə müavini olub. Sonradan XTQ-nin Qərargah rəisi vəzifəsinə yüksəlib.

 

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin əvvəlki komandanı general-leytenant Hikmət Mirzəyev idi. Vətən Müharibəsi Qəhrəmanı bir müddət əvvəl müdafiə nazirinin müavini-quru qoşunlar komandanı təyin edilib./bizim.media

Tarix: 4 İyun 2024, 16:00   
Seçilən
148
11
pravda.az

10Mənbələr