Xüsusi Təyinatlı Qüvvələrin Komandanı vəzifəsi general-mayor Akif Pirverdiyevə həvalə edilib.
Â
Akif Pirverdiyevin dosyesini təqdim edirik:
Â
A.Pirverdiyev əslən Goranboy rayonundandır.
Â
O, 44 günlük Vətən Müharibəsində iştirak edib. Prezidentin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Zəfər" ordeni ilə təltif edilib.
Â
2022-ci ildə isə General Pirverdiyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.
Â
O, daha öncə Xüsusi Təyinatlı Qüvvələrin komandanının Maddi Texniki Təminat üzrə müavini olub. Sonradan XTQ-nin Qərargah rəisi vəzifəsinə yüksəlib.
Â
Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin əvvəlki komandanı general-leytenant Hikmət Mirzəyev idi. Vətən Müharibəsi Qəhrəmanı bir müddət əvvəl müdafiə nazirinin müavini-quru qoşunlar komandanı təyin edilib./bizim.media