AZ

"Risklərin sığortalanması istehlak kreditləri üzrə faizlərin azalmasına səbəb ola bilər"

"Mərkəzi Bankın həyat sığortası sahəsinə yeni tənzimləyici qaydalar gətirməsi müsbət haldır  və kredit risklərinin minimumlaşdırılmasına xidmət edəcək. Digər tərəfdən, Mərkəzi Bankın ekspert icması tərəfindən aparılan müzakirələrə çevik reaksiyası da təqdirəlayiqdir.
Yeni qaydaların əsas tələblərindən biri bank müştərilərinə istehlak kreditlərinin təqdimi zaman ona paralel olaraq borcalanın həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif etməsidir. Nəzərə alsaq, sığorta müqaviləsinin olmaması səbəbindən borclanan dünyasını dəyişən zaman krediti onun vərəsəsi, yəni ailə üzvləri qaytarmaq məcburiyyətində qalırdılar. Bu isə əksər hallarda ailə üzvləri üçün əlavə maliyyə yükü formalaşdırırdı ki, bu da sosial baxımdan arzu olunan deyildi".

Bu fikirləri 525.az-a millət vəkili Vüqar Bayramov söyləyib. Onun dediyinə görə, yeni qaydalar həmçinin əlilliyi olan şəxslərin kreditlərə çıxış imkanlarını artıracaq. Belə ki, əlilliyə və ya mövcud əllilik dərəcəsinin digər yuxarı dərəcə ilə əvəzlənməsinə səbəb olan sığorta hadisəsi zamanı borcalanın kredit müqaviləsi üzrə qalıq borc məbləğinin həcmi nəzərə alınmaqla, onun sağlamlıq imkanlarının pozulması faizinə uyğun həcmdə ödəniş verilməsi nəzərdə tutulub:

"Borcalanla bağlanmış sığorta müqaviləsinin mövcudluğunu borcalan və ya onun yaxınlarının yoxlamasına imkan verən elektron sistemin qurulması isə şəffaflığın gücləndirilməsinə xidmət edəcək.
Ən mühim məqamlardan biri də risklərin azaldılması nəticəsində kredit faizlərinin aşağı düşməsinin mümkünlüyüdür. Belə ki, risklərin sığortalanması istehlak kreditləri üzrə faizlərin azalmasına səbəb ola bilər".

Sevinc Qarayeva 






















Bizi İnstagramda izləyin

Seçilən
147
2
525.az

10Mənbələr