"Turan Tovuz" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.
Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yaylb.
Məlumata görə, Faiq Hacıyev daha 1 il qərb təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, tovuzlular daha əvvəl Oto Con, Sadiq Quliyev, Alexandro Serrano, Emmanuel Hakman, Aleks Souza və Şəhriyar Əliyevlə yeni müqavilə imzalayıb.
Telegram kanalımız