Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov qızıl medal qazanıb.

Offsideplus.az xəbər verir ki, güləşçimiz finalda (63 kq.) moldovalı Viktor Çobanuya tam üstünlüklə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal əldə edib.